Türkiyədə koronavirusla bağlı müsbət dinamika: Sağalanların sayı yoluxanlardan çox oldu

Türkiyədə koronavirusla bağlı müsbət dinamika: Sağalanların sayı yoluxanlardan çox oldu











Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 23 nəfər ölüb.
AzBaku.org xəbər verir ki, bunu Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 40 496 şübhəli koronavirus testindən keçib, onlardan 1192-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1412 xəstə sağalıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4950 nəfər ölüb, 187 685 nəfər bu infeksiyaya yoluxub, 160 240 nəfər isə müalicə olunub