Gəncədə müvəqqəti operativ qərargah yaradıldı
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş hadisə ilə bağlı Gəncə şəhərində müvəqqəti operativ qərargah yaradılıb.
AzBaku.org-un məlumatına görə, bu barədə hadisə yerində olan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, qərargahın yaradılmasında məqsəd Gəncədə baş verən terror nəticəsində evsiz qalan ailələrin müvəqqəti sığınacaqla təmin edilməsidir.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.
Dağıntılar altından xəsarət almış 52 nəfər yaralı və 13 nəfərin cəsədi çıxarılıb.
(yenicag.az)