Hesablama Palatasının sədrliyinə namizədliyi irəli sürülmüş şəxs bəlli oldu

Hesablama Palatasının sədrliyinə namizədliyi irəli sürülmüş şəxs bəlli oldu










Milli Məclisin dekabrın 11-də keçiriləcək plenar iclasında Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ müzakirəyə çıxarılacaq.

Report xəbər verir ki, bu vəzifəyə yenidən Vüqar Gülməmmədovun namizədliyi irəli sürülüb.

Xatırladaq ki, o, quruma 2013-cü ildən rəhbərlik edir və noyabrın 24-də onun səlahiyyət müddəti başa çatıb.