Ermənistanda hərbi hissə yandı - ölənlər var


Ermənistanda hərbi hissə yandı - 15 ölü, 3 yaralı


Ermənistanda hərbi hissələrdən birində güclü yanğın olub.
 
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Rəsmi açıqlamada bildirilib ki, hərbi hissənin mühəndis bölüyünün kazarmasında baş vermiş yanğın zamanı 15 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb.
 
Yanğının başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.