Dünən Qəbələ rayonunda Nohurqışlaq kəndi yaxınlığındakı dağlıq ərazidə tapılan meyitin kimə məxsus olması dəqiqləşib. Vəhşi heyvanlar tərəfindən parçalanmış və qismən çürüməyə məruz qalmış meyitin Qəbələ şəhər sakini, 1973-cü il təvəllüdlü Səyavuş İbrahimxəlil oğlu Həmidova məxsus olması müəyyən edilib. Bildirilib ki, S.Həmidov ötən ilin 30 noyabr tarixindən itkin düşüb və həmin vaxtdan axtarılırmış. 50 yaşlı şəxs Qəbələdə mağaza sahibi kimi tanınıb. Yaxınları onun ölümünün şübhəli olduğunu iddia edirlər. Faktla bağlı araşdırmalar aparılır.***
Qəbələ rayonunda yanvarın 29-da tapılan insan skeleti ilə bağlı bəzi detallar bəlli olub. Qeyd edilir ki, skeleti aşkarlanan kişinin vəhşi heyvanlar tərəfindən parçalandığı ehtimal olunur.
Oxu.Az-ın məlumatına görə, qalıqlar Nohurqışlaq kəndinin dağlıq ərazisinə düşən hissəsində aşkarlanıb.
Ölənin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.
Həmin şəxsin 2022-ci ilin dekabr ayında meşədə itkin düşən Səyavuş Həmidov olduğu ehtimal edilir.