Azərbaycan telekanallarında musiqili verilişlər dayandırıldı


Qardaş Türkiyədə çoxsaylı insan ölümünə səbəb olan zəlzələ ilə əlaqədar Azərbaycan teleməkanında əyləncəli verilişlərin yayımı dayandırılır.
ATV telekanalı efir torunda dəyişiklik edildiyini bildirib. 
"Bütün əyləncəli və musiqili proqramlar yayımdan çıxarıldı. Qardaş Türkiyədə dəhşətli zəlzələ nəticəsində həyatını itirmiş şəxslərin yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik!" - ATV-nin yaydığı məlumatda deyilir.
Məlumata görə, sabahdan etibarən digər telekanallarda da əyləncə və musiqili proqramların yayımının dayandırılmasına qərar verilib.
Qeyd edək ki, Türkiyədə zəlzələ səbəbindən 7 günlük matəm elan olunub.