“30 ildir kitab nəşr edirəm. Yaxşı satılan kitabların sayı iki mini keçmir. Yerli yazıçıların əsərləri daha da zəif. İlboyu 200, 300, yaxud 50-60 ədəd oxunur”.
Bu sözləri naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu qeyd edib. O, əsasən tərcümə ədəbiyyatınn oxunduğunu, bu kitablardan da oxucuların daim narazı olduğunu bildirib.
Naşirin "Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik – Bir millət, bir dil..." cümləsi ilə çıxış etməsi sosial mediada birmənalı qarşılanmayıb. Belə ki, onun bu fikri bir çox insanın narazılığına səbəb olub.
Xuduoğlu bütün bunların səbəbini 30 il ərzində dilimizin xüsusi nailiyyəti olmamasında görür:
“Buna baxmayaraq, kitab bazarında rusca, türkcə, ingiliscə kitabların həcmi artmaqda davam edir. Bakıda rusca daha çox oxunur. Regionlarımız, gənclik isə türkcə oxumağa üstünlük verirlər. Müasir oxucular Dostoyevski, Tolstoy, Çexovu, Turgenovu və sair rus klassiklərini türkcə oxuyurlar.
Müstəqilliyin tarixi 30 ili keçsə də, dilimizin xüsusi nəaliyyəti yoxdur. Arxada qalan illərində təhsil sistemi qurulmadı.
İxtisaslı mütəxəssislər yetişdirən təhsil ocaqlarımız düz-əməlli dərsliklər yaza bilmədilər.
Dünyada olduğu kimi bizdə də kitab oxuyanların sayı artır, amma daha çox əcnəbi dillərdə: rusca, ingiliscə, türkcə... Buna səbəb həmin dillərin inkişafı üçün mühitin və əsaslı dövlət siyasətinin olmasıdır.
Bizdə isə əksinədir. Dilimiz böyükdür deyirik, amma öz dilimizdə oxumuruq”.
Ş.Xuduoğlunun fikrincə, dilimizin konstitusiya adı Azərbaycan dili olsa da, bu dil milli birlik yarada bilməyib:
“Bütün elit obyektlərdə, restoran, hotellərdə rusca danışılır. Yüksəkvəzifəlilər öz aralarında rusca danışır. Bu günün özündə də rus məktəbləri Azərbaycan məktəblərini “yeyir”.
Özlərini intellektual, mədəni hesab edənlər bu dildə danışmırlar, heç danışmaq da istəmirlər. Adamlar var, bu ölkədə doğulur, ad, məzhəb sahibi olur, amma bu dili bilmirlər. Ona görə ki, zərurət görmürlər.
Azərbaycanda daim rusca danışan, “mən azərbaycanca bilmirəm” deyən necə olur İstanbula düşən kimi türkcə danışmağa başlayır? Necə olur Azərbaycan şairlərindən bir şeir bilməyən rusdilli azərbaycanlı Nazim Hikməti əzbər bilir?
Təhsilimizi və ədəbi dilimizi dəyişməliyik.
İndi beş-altı yazıçı çıxıb deyə bilər ki, bəs bizim klassiklər, bizim gözəl dilimiz... Demək, onlar gələcəyi görə bilmirlər. Bu gedişlə bu dil bir azdan heç meyxana dili də olmayacaq.
Cümhuriyyət yarananda dilimizin adı türk olub, kitablarımız türkcə çıxıb. Bəs indi niyə gerçək dilimizə sahiblənmirik?”
Naşir hesab edir ki, ortaq türk dili yaradılmasındansa, Türkiyə türkcəsini qəbul etməliyik:
“Cənubda 30 milyon Azərbaycan türkü olduğunu deyirik. Tehran kitab sərgisində şahidi oldum ki, onlar da türkcə kitab oxumağa üstünlük verir, Türkiyə filmlərinə baxırlar. Onlara azad seçim imkanı verilsə, 99 faizi təhsil üçün Türkiyəyə gedər. Sabah muxtariyyət hüququ qazansalar, Türkiyə-Atatürk türkcəsini seçəcəklər, Azərbaycan türkcəsini yox. Ona görə ki, bizim türkcədə ağlabatan heç nə yoxdur. Bu dildə nə hüquq sistemi quruldu, nə səhiyyə, nə də təhsil. Kitab oxuyan da yoxdur.
Çoxu deyir ki, ortaq türk dili olsun. Bu, sadəcə ədabazlıqdır. Türkiyənin gül kimi türkcəsi var, daha cəsarətli tərpənib o dili olduğu kimi qəbul etməliyik. Əslində, müasir türk əlifbasının müəlliflərindən biri elə Mirzə Fətəli Axundovdur. Axundov əlifbasının qəbulu, həm də o irsə sahiblənmək deməkdir.
Son vaxtlar Azərbaycanda türkcə yazanların sayı artıb, artıq biz türkcə bir neçə kitab nəşr etmişik.
Türkiyə türkcəsi böyük sürətlə Qafqaza yayılır, Gürcüstanda gürcü körpələri türk cizgi filmlərinə baxır. Ərəb ölkələrində də türk serialarının böyük reytinqi var, onun sayəsində türkcə danışanlar da çoxalıb.
Türkiyə türkcəsinə keçməyin zamanıdır. Bəlkə də gecikirik.
Türkcəni qəbul etməklə görün, nə qədər üst-üstə yığılmış problemlər həll olacaq. Yeganə inkişaf yolumuz Axundov irsinə qayıtmaq öz türkcəmizi qəbul etməyimizdir”. (oxu.az)