Ermənistan hərbi xərclərini artırır


Ermənistan gələn il hərbi xərclərini artıracaq.
AzBaku.org xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Vaqe Hovannisyan parlamentdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Ermənistan büdcəsindən müdafiə xərcləri üçün ayrılacaq vəsait 2024-cü ildə 1,4 milyard dolları keçəcək.
“2024-cü ildə Ermənistanın müdafiə büdcəsi 555 milyard dram (təxminən 1,4 milyard dollardan artıq) təşkil edəcək ki, bu da 2023-cü illə müqayisədə 7 faiz çoxdur”, - Hovannisyan bildirib.
Erməni nazir həmçinin əlavə edib ki, müdafiə xərcləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 5,3 faizini təşkil edəcək.