Antalya Diplomatiya Forumu bu gün başa çatır


Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatiya Forumu bu gün başa çatacaq.
AZƏRTAC xəbər verir ki, tədbirin son günündə “Diplomatiyada qadın”, “İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq?”, “Süni intellekt və diplomatiya: Yeni sərhədlərin idarəolunması”, “Ortaq gələcəyimiz: Qlobal sülh üçün gənclik”, “Regional əməkdaşlıqda mədəniyyət və təhsilin rolu” kimi mövzular müzakirə olunacaq.
Həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanın forumun yekunları ilə əlaqədar mediaya açıqlama verməsi gözlənilir.