Müğənni səhnədə öldü - Anbaan görüntülər - VİDEO

Argentinada müğənni Xuan Karlos Maskeroni (Juan Carlos Mascheroni) səhnədə ölüb.


Xarici mediaya xəbər verir ki, "Los Del Fuego" musiqi qrupunun solisti olan Xuan Buenos-Ayresdə konsert proqramı ilə çıxış edərkən qəfildən halı pisləşib.

Onun səhnədə öldüyü an həvəskar kamera tərəfindən çəkilib. Görüntülərdə müğənninin anidən yıxıldığını görürük.

59 yaşlı musiqiçinin ürəktutmasından öldüyü bildirilir.

Görüntüləri təqdim edirik: