Polis generalı Həzi Aslanov Milli Məclisə gəldi
a
Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.
AzBaku.org-ın məlumatına görə, iclası parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc aparır.
İclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2019-cu il üzrə hesabatı dinlənilir.
İclasda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov da iştirak edir./oxuaz/