Danimarkalı arxeoloqlar iki min illik tarixi olan bıçaq tapıblar


Danimarkadakı Odense Muzeyinin arxeoloqları üzərində runik yazı həkk olunan və əhəmiyyətli tarixi artefakt sayılan iki min illik bıçaq tapıblar.
“Artnet” saytına istinadla xəbəririk verir ki, bıçaq Odense şəhərinin şərqində qədim məzarlıqdakı qəbirlərdən birinin içərisində aşkarlanıb.
Bıçağın üzərinə qədim Nors dilində “kiçik qılınc” mənasını verən "hirila" sözü yazılıb.