İsveç liberalları uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq istəyirlər
İsveç Liberal Partiyası internet nəhənglərinə qarşı daha sərt hüquqi tələblərin qoyulmasını nəzərdə tutan təklif üzərində çalışır.
təklifdən məqsəd 15 yaşınadək uşaqların sosial şəbəkələrdə öz hesablarını yaratdıqları zaman onların valideynləri tərəfindən razılığın tələb olunmasındadır.
“Biz bu vasitə ilə valideynlərə öz üzərilərinə valideynlik məsuliyyətini götürməkdə kömək etmək istəyirik”, - deyə partiyanın lideri Yohan Person bildiriib.
Təklifi “Theme Screen” xüsusi işçi qrupu hazırlayır. Yaş nəzarətinin hansı şəkildə həyata keçiriləcəyi hələ məlum deyil. Lakin liberallar hesab edirlər ki, İsveçdə sosial şəbəkələrdə hesab açan hər bir kəs bunu etməlidir, məsələn, identifikasiya kodu ilə olduğu kimi. Bu gün artıq sosial şəbəkələrdə və digər internet xidmətlərində 13 yaşınadək yaş məhdudiyyəti mövcuddur. Bu, 2018-ci ildə İsveçin Aİ qaydalarını tətbiqindən sonra icra olunub. “Lakin bu məhdudiyyətləri adlamaq asandır, çünki ciddi yaş nəzarəti yoxdur”, - deyə Yohan Person vurğulayıb.
“Internet Foundation”in “İsveçlilər və internet 2023” (“Svenskarna och internet 2023”) tədqiqatı göstərir ki, 13 və aşağı yaşda uşaqların 86 faizi sosial şəbəkədən hər gün, 95 faizi – azı həftədə bir dəfə və 98 faizi isə azı ayda bir dəfə istifadə edir.
“Sosial şəbəkələrdən istifadə uşaqları passivləşdirir, nəticədə onlar gənc yaşında qoruyub inkişaf etdirməyin vacib olduğu yaradıcılıq və təsəvvür qabiliyyətlərini itirirlər”, - deyə Person tədqiqata əsaslanaraq qeyd edir.
Karolina İnstitutunun koqnitiv neyrobiologiya sahəsində fəlsəfə doktoru Sissela Natli sosial şəbəkələrdən istifadə və psixi xəstəlikləri tədqiq edir. Onun fikrincə, həddi-büluğa çatmayanlarda sosial şəbəkələrdən müntəzəm istifadə ilə psixi xəstəliklər arasında əlaqə mövcuddur. “Məsələn, biz olduqca çox qeyri-real gözəllik idealları olan kontent görürük, bu isə xüsusilə də qızlarda özünə əminliyə mənfi təsir göstərir”, - deyə Natli bildirir.
Liberallar qanunvericiliyi də sərtləşdirmək istəyirlər ki, sosial şəbəkələrin yaş nəzarətinə riayət olunmasını izləməyəcəkləri təqdirdə internet nəhəngləri böyük həcmdə cərimələnsinlər. “Onlar da uşaqlar üçün nəzərdə tutulan məhsullar istehsal edən başqa şirkətlər kimi məsuliyyət daşımalıdırlar”, - deyə Yohan Person əlavə edib.